Alyaskada itən Bering Air təyyarəsində olan on nəfərin hamısı həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə fevralın 8-də Associated Press (AP) ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
"Cümə günü kiçik sərnişin təyyarəsi dəniz buzunun üzərində tapılıb və göyərtəsində olan 10 nəfərin hamısı həlak olub", - məlumatda deyilir.
ABŞ Sahil Mühafizəsi təyyarənin Nome şəhərindən 30 mil cənub-şərqdə itdiyini təsdiqləyib. Xilasedicilər helikopter vasitəsilə təyyarənin yerini axtarıblar.
Ölən iki şəxsin qeyri-kommersiya səhiyyə təşkilatında işgüzar səfərdə olduğu bildirilir. Digərlərinin kimliyi açıqlanmır. Qəzanın səbəbi də hələlik açıqlanmayıb.