Moskvanın şərqində beşmərtəbəli inzibati binada yanğın baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Yanğınsöndürənlər yanğını söndürməyə başlayıblar. Qaz və tüstüdən mühafizə xidmətinin bölmələri yanğının mənbəyini və binada insanların olub-olmamasını tapmaq üçün kəşfiyyat işləri aparır”, - deyə idarənin məlumatında bildirilir.
Onlar qeyd ediblər ki, yanğınsöndürənlər gələn zaman qara tüstü binanın üçüncü və dördüncü mərtəbələrini bürüyüb. Yanğın çətinlik dərəcəsi 2-yə yüksəldilib. İdarədən əlavə ediblər ki, yanğın genişlənir.