Ukrayna Rusiya qazının Avropa Birliyinə tranzitindən imtina etməklə qalib gəlmədi və indi tarifləri qaldırmağa məcburdur.
1xeber.media xəbər verir ki, bu barədə fevralın 11-də Ali Radanın Yanacaq-energetika kompleksi komitəsinin rəhbəri Andriy Gerus məlumat verib.
O, Rusiya Federasiyasından Ukrayna ərazisindən təbii qazın tranzitinə qoyulan qadağaya baxmayaraq, onun Fransa, İspaniya və Belçika kimi Aİ ölkələrinə axınının davam etdiyinə diqqət çəkib.
“Yəni biz tranziti qadağan etdikdə, bu mallar Avropaya başqa marşrutlarla daxil olur və Rusiya Federasiyası hələ də gəlir əldə edir, lakin biz qaz nəqli tarifini qaldırmağa məcbur oluruq”, - Gerus RBC-Ukraynaya müsahibəsində deyib.