ABŞ prezidenti Donald Tramp, böyük ehtimalla Ukrayna prezidenti Vladimir Zelenskinin istefasına təşəbbüs göstərəcək.
1xeber.media xəbər verir ki, bunu politoloq, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen bildirib.
O deyib ki, Zelenskinin səlahiyyət müddəti ötən il mayın 20-də başa çatıb.
“Trampın Zelenskiyə istefa verməsinin vacib olmasını söyləməsi tamamilə mümkündür. Ola bilər ki, Tramp seçkilər keçirilməsini məsləhət görəcək, hansı ki, Zelenski qalib gəlməyəcək”, - deyə Rasmussen qeyd edib.
Ekspertin sözlərinə görə, o, Ukrayna tərəfinin münaqişənin həlli üzrə danışıqlarda real iştirak edə biləcəyinə şübhə edir.
“Ukraynanın danışıqlar aparmalı olduğu faktını şübhə altına alacam. Digər məsələlərlə yanaşı, Avropa İttifaqı prosesdə xüsusi rol oynamayacaq. Vaşinqton, Pekin və Moskva vəziyyəti müəyyən edəcək", - politoloq vurğulayıb.