And içməyən əcnəbilər Rusiya vətəndaşlığından məhrum ediləcəklər
1xeber.media xəbər verir ki, Noyabrın 22-dən əvvəl and içməyən əcnəbilər Rusiya vətəndaşlığını itirəcəklər. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
“23 noyabr 2024-cü il tarixindən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar etibarsız olacaq”, - deyə məlumatda bildirilir.
Bu müddəalar 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşı olmuş şəxslərə şamil edilmir - bu vaxta qədər and içmək tələbi yox idi. Vətəndaşlıq alarkən and içməkdən azad edilmiş şəxslərə də şamil edilmir.
Oktyabr ayında Xabarovsk diyarında üç tacik miqrantı hərbi xidmətdən yayındığına görə Rusiya vətəndaşlığından məhrum edilib.