X sosial şəbəkəsində (keçmiş Twitter) Adolf Hitlerin adından qeyd işarəsi ilə təsdiqlənmiş hesab görünüb.
1xeber.media xəbər verir ki, İsrailin “CursorInfo” agentliyi buna diqqət çəkib.
Nəşr qeyd edir ki, insident istifadəçilərin hiddətinə səbəb olub və onlar səhifənin necə moderasiyadan keçə biləcəyi ilə maraqlanıblar. Profil təsvirində "Almaniyanı yenidən möhtəşəm etmək üçün geri qayıdın" yazılıb. Sosial şəbəkə administrasiyası vəziyyəti şərh etməyib.
kimi tanınan süni intellekt tədqiqatçısı Dr. Eli David X sahibi Elon Muskdan bunun nə demək olduğunu izah etməsini istədi. Daha sonra o, sındırılanın Almaniya prezidenti Frank-Valter Ştaynmayerin rəsmi hesabı olduğunu açıqlayıb. Səhifə indi bərpa olunub.
Bundan əvvəl məlum olub ki, reper Kanye Uest özünü nasist adlandırıb və Hitlerə sevgisini bəyan edib.