Dünən Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilib.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı tanınmış memar Elçin Əliyev məlumat paylaşıb. Memar güman edir ki, bu, ölkənin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xəbəri ilə baş verib:
“Hər gün öz mənzillərində təmir işləri aparan vətəndaşların axtarışında şəhəri dolaşan onlarla xidmət əməkdaşının mövcudluğu şəraitində şəhərin düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil.
















