1xeber.media xəbər verir ki, bu barədə erməni mediasına Bellanın yaxını bildirib.
Onun sözlərinə görə, Bellanın Azərbaycana təhvil veriləcəyi ilə bağlı iddialar əsassızdır:
“Bilmirəm kim və niyə belə deyir. Yəqin ki, Belarusa acıqlarını bu cür ifadə edirlər. Mən yüz faiz bilirəm ki, bu yalanların arxasında bir erməni dayanır”.
O bildirib ki, Bella Belarusa qarşı paylaşımlarına görə saxlanılıb.
Qeyd edək ki, “Bella” adı ilə blogerlik edən erməni Belarusda 5 maddə ilə ittiham edilir. Bloger Lapşin onun “Azərbaycanın sifarişi ilə saxlandığı və bakıya ekstradisiya edilə biləcəyi” haqda ”qeyri-rəsmi mənbədən əldə etdiyi ehtimalı” yaymışdı. /axar.az/