Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.
1xeber.media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Zelenski və nümayəndə heyətini daşıyan təyyarə 21:08 (Bakı vaxtı ilə 22:08 – red.) Ankara Əsənboğa Hava Limanına eniş edib.
Ukrayna liderinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşəcəyi gözlənilir.
***
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.
1xeber.media xəbər verir ki, bunu Türkiyə liderinin Kommunikasiya məsələləri üzrə direktoru Fahrettin Altun bildirib.
Məlumata görə, Zelenski səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.