Belarus prezidenti Aleksandr Lukaşenko Liviya Milli Ordusunun (LNA) feldmarşalı Xəlifə Belaksim Haftara traktorlar və qılınc hədiyyə edib.
1xeber.media xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“Mənim sizin xalqınızla xüsusi münasibətim var, mən vaxtilə Liviyaya səfər etmişəm. Təbii ki, bu gün başqa bir Liviyadır. Ancaq bilməlisiniz ki, biz sizin üçün Belarusda faydalı gördüyünüz hər şeyi etməyə hazırıq”, - deyə Belarus lideri vurğulayıb.
Haftarla görüşdə Lukaşenko Liviya nümayəndə heyətinə Belarus istehsalı olan avtobus və traktorlar üçün sertifikatlar, həmçinin Belarusun müxtəlif məhsullarından ibarət səbət təqdim edib. Humanitar əməkdaşlığa və Afrikaya traktorların göndərilməsinə görə təşəkkür əlaməti olaraq LNA-nın baş komandanı hədiyyə olaraq qılınc təqdim edib.
Bundan əvvəl Lukaşenko Polşanı tank əvəzinə traktor almağa çağırmışdı. Siyasətçi qonşu dövlətlə normal münasibət qurmaq istədiyini etiraf edib və Varşavanın düşmən münasibətinin səbəbini anlamadığını qeyd edib.