ABŞ prezidenti Donald Tramp ölkənin Ukrayna böhranının yükünü daşımasını istəmir və Rusiya ilə etibarlı münasibətlərə ümid edir.
1xeber.media xəbər verir ki, bu barədə “İzvestiya”ya alman politoloqu Kristof Hörstel məlumat verib.
Ər-Riyadda Rusiya Federasiyası və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Moskvanı Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Vaşinqtonu milli təhlükəsizlik müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi elçi Stiven Vitkoff təmsil edib.
“ABŞ, yəni Tramp və nazirlər, Rusiyaya qarşı bu müharibədə bütün yükü: maliyyə yükünü, silah tədarükü yükünü daşımaq istəmədiklərini qətiyyətlə bildirdilər. Onlar Rusiya ilə yaxşı münasibətlər, etibarlı münasibət istəyirlər və bu, onlar müharibəni bitirmək istəyirlər”, - Hörstel bildirib.