Göyçayda sələm qalmaqalı.
1xeber.media xəbər verir ki, Göyçay rayon sakini Məmmədov Cəmaləddin Rauf oğlu həmyerlisi İlhamə Babayevadan şikayət edir.
O bildirib ki, İlhamə xanımdan 12 min manat borca pul götürüb. Pulun müəyyən məbləğdə hissəsini geri qaytardığını bildirib. Onu da qeyd edib ki, 3 min manat borcu qalıb. Buna baxmayaraq İlhamə xanım ondan 17 min manat əlavə pul tələb edir. Və bunu əsas məbləğin faizi kimi göstərib deyə, şikayətçi qeyd edib.
Məsələ ilə bağlı İlhamə Babayeva ilə əlaqə saxladıq.
İlhamə xanım Cəmaləddin Rauf oğlunun dediklərini təkzib edərək bildirdi ki, Göyçay rayon sakini Məmmədov Cəmaləddinə ayrı ayrı vaxtlarda 17 min manat məbləğində pul verib. Razılaşma olub ki, 15.10.2024 cü il tarixində İlhamə xanımın pulu tam ödəniləcək. Cəmaləddininin atası Rauf Məmmədov whatsapp sosial şəbəkə vasitəsilə səslər göndərərək tezliklə pulun ödəniləcəyini deyib. Ancaq buna baxmayaraq İlhamə xanım onlar tərəfindən pulunun ödənilmədiyini qeyd edib.
İlhamə Babayeva hüquq mühafizə orqanlarına müraciət edərək məsələnin obyektiv şəkildə araşdırılmasını xahiş edir.