Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun sücayəti sayəsində bütün dünyaya səs salan 44 günlük Vətən Müharibəsindəki Zəfərin nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilmişdir.
44 günlük Vətən Müharibəsində üç minə yaxın şəhid verdik, minlərlə əsgərimiz əlil olmuşdur. Bu müharibədən sonra şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçıların cəmiyyətdə statusu daha da möhkəmləndi. Hazırda günü gündən güdrətlənən dövlətimiz şəhidlərimizin adını əbədiləşdirir, abidələri ucaldılır, heykəlləri qoyulur, küçələrə və xiyabanlara onların adları verilir. Şəhid ailələrinin üzvlərinə müavinətlər verilir, mənzil və işlə təminatı kimi məsələləri həll olunur, onların hər bir probleminin aradan qaldırılmasına yüksək səviyyədə dəstək göstərilir.
Eyni münasibət göstərilən və qayğı ilə əhatə olunan Sabirabad rayonunun şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətində tədbirlər görülür və bu sahədə işlər bu gün də davam etdirilir. Təəssüf hissi ilə qeyd etmək istəyitrik ki, bəzi hallarda şəhid ailəsi statusundan sui-
istifadə görəndə, bəzilərinin bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə heç bilmirik ki, nə deyək. Belələrindən biri də Sabirabad rayonunun Cavad kənd sakini, Vətən Müharibəsinin şəhidi Elgiz Abbaslının atası Fuad Abasovdur. Bu insan şəhid ailəsi adına xələl gətirərək Dövlət
tətəfindən, eləcə də Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən verilən külli miqdarda (etik qaydalara görə rəqəmləri açıqlamırıq) pul yardımlarını ailə üzvlərinin xəbəri olmadan özünün pis əməllərinə sərf edir.
Mütəmadi olaraq ailə üzvlərinin problemləri adı ilə icra başçısından maddi yardım alaraq narkotik və psixotrop maddələrə xərcləyir və icra başçısı barədə həqiqəti əks etdirməyən, uydurma məlumatlar yayır. Halbuki, icra başçısının təşəbbüsü ilə əkin aparmaq üçün Fuad Abasova 5 ha torpaq sahəsi ayrılmış, 2 hektarını da özü zəbt etmişdir. İndiyə qədər də orada heç bir əkin aparmamış və 1 ili üçün 3500 manata başqa həmkəndlisinə
icarəyə vermişdir. Ümumiyyətlə, Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən Fuad Abasova hədsiz dərəcədə çox qayğı göstərilmişdir. Belə ki, icra başçısının təşəbbüsü ilə işlə təmin olunmuş, qızı isə Asan Xidmət Mərkəzinə işə qəbul olunmuşdur. Lakin göstərilən diqqət və qayğıya baxmayaraq Fuad Abasov hələ də öz şəxsi mənafeyi naminə Şəhid atası adına layiq olmayan hərəkətlər etməkdə davam edir.
Sonuncu dəfə qızının Bakı şəhərində müayinə olunması ilə bağlı icra başçısından pul tələb etmiş, lakin araşdırma zamanı məlum olmuşdur ki, tibbi müayinədən nə qızının nə də ki, müalicə aparan həkimin məlumatı yoxdur. Ağ yalanı üzə çıxan Fuad Abasov özünə güya bəraət qazandırmaq üçün 20.02.2025-ci il tarixdə icra başçısının rəsmi qəbuluna qəlmiş, qəbula girməmişdən əvvəl icra başçısının ünvanına təhqiramiz ifadələr işlətmiş, nalayiq söyüşlər söymüş, şantaj və hədə-qorxu gəlməyə başlamışdır.
Bunula sakitləşməyən F.Abasov cibində gətirdiyi bıçaqla özünə yüngül xəsarət yetirmiş, hətta əlindən bıçağı almağa cəhd göstərən başçının köməkçisinə də yüngül xəsarət yetirmişdir. F.Abasova tibbi xidmət göstərilməsi üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada F.Abasovun müayinəsi zamanı bədəninə yetirdiyi xəsarətin çox yüngül olduğu müəyyən edilmişdir. Deyilənlərə görə F.Abasov icra hakimiyyətinə gələndə narkotik vasitələrin təsiri altında olmuşdur. Şəhid atasına bu cür əməllər törətmək yaraşmaz və qəbul oluna bilməz. Məlumat üçün bildiririk ki, F.Abasov 1992-ci ildə oğurluq etdiyinə görə məhkum olunmuş, 2023-cü ildə isə Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə barəsində cinayət işi açılmış və narkotik vasitələrinin istifadəçisi kimi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması,
daşınması və ya göndərilməsı) ilə cərimə olunmuşdur ki, hansı ki, ödəcəyi 300 manat məbləğində cərimə də rayon İcra Hakimiyyəti tərəfindən ödənilmişdir. Biz hamımız şəhid ailələri qarşısında baş əyirik, amma belə hallara rast gələndə bilmirik ki, nə deyək, nə edək...
Allah bütün şəhidlərimizə rəhmət eləsin!