Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror aktı qurbanlarının xatirəsinə abidə ucaldılmağa başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə fevralın 21-də “İzvestiya”nın müxbiri məlumat verib.
Ötən il baş vermiş faciə yerindən çəkilmiş kadrlarda iş aparılarkən zalın ərazisinin hasara alındığı görünür.
6 dekabr 2024-cü ildə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov memorialın konsepsiyasının artıq işlənib hazırlandığını bildirdi. Memorialın tikintisinin başa çatma tarixi dəqiqləşdirilməyib.