“Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdəki dostlarının siyahısı sülh danışıqlarında gərginliyin artması səbəbindən azalır”.
Bu barədə “Nyu York Post” yazıb.
Məlumata görə, iki lider arasında həmişə gərgin olan münasibətlər bu həftə açıq düşmənçiliyə çevrilib.
Nəşr yazır ki, Vaşinqton və Kiyev arasında münasibətlərin pisləşməsi qəfil görünsə də, Ağ Evdəki müzakirələrdən xəbərdar olan mənbə bunun yeni olmadığını deyib.
Sitat: “Bu, mənim üçün xəbər deyil. Aylar əvvəl eşitmişdim ki, Ukraynada seçkilər və yeni rəhbərlik vaxtıdır”.
Trampa yaxın olan ikinci mənbə bu qiymətləndirmə ilə razılaşaraq “Zelenski və dünya üçün ən yaxşı variant onun dərhal Fransaya getməsi olacağını” təklif edib.
Bundan başqa, Ağ Ev rəsmisi etiraf edib ki, Zelenskini sevmir, çünki o, “kilsələrin fəaliyyətini qadağan edir”.
Qəzetin yazdığına görə, ABŞ prezidentinin bəyanatları göstərir ki, o, Ukraynada seçkilərin mümkün qədər tez keçirilməsini və Zelenskinin danışıq qabiliyyətinə malik biri ilə əvəzlənməsini istəyir.
“Bu, Trampın və müttəfiqlərinin güvəndiyi biri ola bilər – hərbi lider və ya iş adamı”, – nəşr qeyd edib.