ABŞ prezidenti Donald Tramp Ukraynada münaqişənin başlamasında Rusiyanın günahını görmədiyini deyib.
1xeber.media xəbər verir ki, bu barədə o, fevralın 21-də Fox News radiosuna müsahibəsində danışıb.
Tramp münaqişədə Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-ın keçmiş prezidenti Co Baydeni günahlandırıb. O bildirib ki, Ukraynada mövcud böhranın qarşısını ala bilərdilər.
“Mən deyəndə ki, bu, Rusiyanın günahı deyil, məni həmişə saxta xəbərlərə görə tənqid edirlər. Ancaq sizə deyirəm, Bayden səhv şeylər söylədi. “Zelenski yanlış şeylər dedi” – Tramp deyib.