Qızını əxlaqsızlıq hərəkətlər etdiyi üçün öldürmək istəyən ata barədə hökm qüvvədə qalıb.
1xeber.media xəbər verir ki, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Rəfail Cavadov barəsində hökm Bakı Apellyasiya Məhkəməsi hakimi Faiq Qəniyev tərəfindən dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Rəfail Cavadov 22.10.2024-cü il tarixdə. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, zərərçəkən R. Cavadova məhkəmədə verdiyi ifadəsində bunları deyib: "Mənim telefonumda müəyyən əxlaqsız şəkillərimi görüb. Həmin şəkilləri özü üçün götürmüşdü. Mən də şəkilləri onun telefonunda gördüm. Şəkillərimi heç yerdə paylaşmamışdım. Atam mənə bıçaqla xəsarət yetirəndə yanımızda heç kim yox idi. Mən üzümü tutmuşdum, 5 bıçaq zərbəsi vurub mənə. Sonra isə qonşu gəldi. Atamla bağlı heç bir şikayət və tələbim yoxdur".
Məhkəmədə məlum olub ki, zərərçəkən R. Cavadova özündən 14 yaş balaca oğlanla sevgi yaşayıb. 6 il bundan qabaq ilk həyat yoldaşından ayrılıb. Onlarla bir binada yaşayan Mirəli Quliyev R. Cavadovanın atasına yaxınlaşaraq deyib ki, sən necə kişisən, sənin qızının lüt şəkilləri mənim oğlumun telefonundadır. Bundan sonra Rəfail Cavadov bu sözlərə dözməyərək qızını öldürmək istəyib.
Qeyd edək ki, hadisə ötən ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı R. Cavadovaya 5 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.