NATO-nun Ukraynadakı missiyasının rəhbəri Patrik Törner bildirib ki, alyans ölkələri real döyüş əməliyyatları zamanı texnikanı sınaqdan keçirmək üçün unikal imkan əldə ediblər.
1xeber.media xəbər verir ki, bu barədə KR.ru məlumat yayıb.
“Polşada biz müharibənin dərslərini öyrənmək üçün Ukrayna-NATO birgə mərkəzi açdıq. Ukraynanın təcrübəsindən öyrənilə biləcək çoxlu dərslər var”, - deyə o, izah edib.