İki ölkə arasında münaqişənin həlli üçün Rusiya və Ukrayna prezidentləri görüşməlidir.
1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidir... Mən atəşkəs və razılaşma görmək istəyirəm”, - Donald Tramp qeyd edib.
Tramp Vladimir Putinlə telefon danışıqlarının Zelenski ilə müqayisədə daha yaxşı keçdiyini bildirib . O, həmçinin bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda Ukrayna prezidentinin iştirakı vacib deyil.