Almaniya kansleri Olaf Şolz qarşıdan gələn seçkilərdən sonra da vəzifəsində qalacağına əminliyini ifadə edib.
1xeber.media xəbər verir ki, o, bu barədə Potsdamdakı seçki dairəsində seçki kampaniyası zamanı məlumat verib.
“Mən tam əminəm ki, sonda bir çox insan SPD-yə – birinci səsvermədə dairələrə, ikinci səsvermədə isə bütövlükdə SPD-yə səs verməyə qərar verəcək.
Bu, bizə kifayət qədər güc verəcək ki, mənim rəhbərlik etdiyim hökumət fəaliyyətini davam etdirə bilsin”, - Şolz bildirib.
Bundestaqa növbədənkənar seçkilər fevralın 23-də keçiriləcək.