Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasında iclas keçirib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Dövlət başçısı tədbir zamanı MDB-də yaxın tərəfdaşlarla əlaqələrin inkişafı, eləcə də təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edib.
O, xarici səfərləri ilə bağlı ölkənin xarici işlər naziri Sergey Lavrovdan da hesabatlar aldığını vurğulayıb.
Daha əvvəl Putin işinə və fədakarlığına görə hakimlərə təşəkkürünü bildirib. Dövlət başçısı vurğulayıb ki, rusiyalı hakimlər peşə borcunu birinci yerə qoyurlar və bütün sistemin missiyası cəmiyyətdə qanunun aliliyidir.