"Türk Hava Yolları" (THY) əlverişsiz hava şəraitinə görə sabaha planlaşdırılan reysləri təxirə salıb.
1xeber.media xəbər verir ki, bu haqda THY-nin sosial media hesabından məlumat verilib.
Məlumatda bildirilir: "Hörmətli sərnişinlər, fevralın 23-də əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanından bəzi uçuşlarımız ləğv olundu. Uçuşları ləğv edilən sərnişinlərə əlavə hüquqlar verilir. Daha ətraflı məlumat almaq üçün sosial media hesabımızdan və "Whatsapp" vasitəsilə əlaqə saxlaya bilərsiniz".