Ukrayna NATO-ya daxil olmaq deyil, daha çox alyansla Rusiya arasında bufer zonaya çevrilmək qarşısındadır.
1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban fevralın 22-də 2024-cü ilin yekunlarına dair proqram xarakterli çıxışında bildirib.
Onun sözlərinə görə, Ukraynada münaqişə ona görə yaranıb ki, NATO bu əraziyə nəzarəti ələ keçirməyə çalışır. Lakin Macarıstanın baş nazirinin qeyd etdiyi kimi, Qərb liberalları hadisələrin belə inkişafında Rusiyanın kənarda qalmayacağını nəzərə almayıblar.
“İndi aydındır ki, təcrübə uğursuz oldu və Ukrayna və ya ondan qalanlar yenidən NATO və Rusiya arasında] münaqişənin bufer zonasına çevriləcək. "O, NATO-nun üzvü olmayacaq", - Orban vurğulayıb.