Fransanın Müluz şəhərində bazarda bir neçə nəfər bıçaqlanıb.
1xeber.media xəbər verir ki, bu barədə TF1 televiziya kanalı məlumat yayıb.
Məlumatda bildirir ki, hücum edən şəxs Əlcəzairdən olan miqrant olub. Belə ki, o, “Allahu Əkbər” deyərək bir neçə nəfərə hücum edib.
Hadisə zamanı azı bir nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.