ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə bu həftə və ya gələn həftə görüşə biləcəyini deyib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti yazır.
G7 sammitindən sonra jurnalistlərə açıqlama verən ABŞ lideri qeyd edib ki, son həftələr Ukraynada münaqişəyə son qoymaq üçün danışıqlarda iştirak edən tərəflər “böyük irəliləyiş əldə ediblər”. “Biz Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa çalışırıq”, - o əlavə edib.
Tramp deyib ki, Zelenski ilə bu həftə və ya bundan sonra təbii ehtiyatlarla bağlı saziş imzalamaq üçün görüşməyi planlaşdırır.
Bundan əvvəl Zelenski Amerika liderini Ukrayna üçün təhlükəsizlik təminatlarını razılaşdırmaq üçün yaxın gələcəkdə görüşməyə çağırıb.