ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşə sadiq qaldığını təsdiqləyib.
1xeber.media xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
Ağ Evin Oval kabinetində jurnalistlərə açıqlama verən Tramp yenidən Putinlə görüşmək niyyətini açıqlayıb. Onun sözlərinə görə, hazırda bu məsələyə baxılır.
"Biz bütün təfərrüatları işləyirik, amma bəli, nə vaxtsa mən prezident Putinlə də görüşəcəyəm", - o təsdiqləyib.