ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski kimi Rusiya lideri Vladimir Putini diktator adlandırmaqdan imtina edib.
1xeber.media xəbər verir ki, bu barədə “Strana” nəşri Telegram-da yazır.
Fransa prezidenti Emmanuel Makronla danışıqların əvvəlində jurnalistlər Trampdan onun Zelenski kimi Putini diktator hesab edib-etməməsi ilə bağlı şərh verməsini istəyiblər.
“Mən bu sözləri yüngül işlətmirəm. Görək necə gedir. Bizim bir neçə ölkə arasında həqiqətən yaxşı razılaşma əldə etmək şansımız var”, - deyə siyasətçi qeyd edib.