Moskva Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxun Böyük Vətən Müharibəsində (İkinci Dünya Müharibəsində) qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak edəcəyini gözləyir.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın Ulan-Batordakı səfiri Aleksey Evsikov “İzvestiya”ya məlumat verib.
“Biz Monqolustan dövlətinin başçısını 2025-ci il mayın 9-da Moskvanın Qızıl Meydanında fəxri qonaqlar arasında görəcəyimizi gözləyirik. Biz həmçinin bayram paradında iştirak etmək üçün Monqolustan əsgərlərindən ibarət “qutu”nun göndərilməsi kimi şanlı ənənəni davam etdirəcəyimizə ümid edirik”, - diplomat bildirib.
O, Monqolustanın alman faşizminin məğlubiyyətinə mühüm töhfə verdiyini xatırladıb. Xüsusilə, Monqolustan vətəndaşları Qırmızı Ordu əsgərləri üçün yardım qrupları yaratdılar. Onların arasında işğalçılara qarşı vuruşmaq üçün könüllü olaraq Qızıl Ordu sıralarına qoşulanlar da var idi.