Amerika bankı Citigroup səhvən müştəriyə 280 dollar əvəzinə 81 trilyon dollar köçürüb.
1xeber.media xəbər verir ki, bu barədə fevralın 28-də Financial Times (FT) məlumat yayıb.
Hadisənin hələ 2024-cü ilin aprelində baş verdiyi, ancaq indi məlum olduğu bildirilir.
Nəşrin məlumatına görə, əməliyyat maliyyə qurumunun iki əməkdaşı tərəfindən səhvən təsdiqlənib. Üçüncüsü səhvi əməliyyatdan cəmi bir saat yarım sonra fərq etdi.