ABŞ gömrük rüsumlarını artırarsa, Avropa İttifaqı (Aİ) cavab tədbirləri görməyə məcbur olacaq.
1xeber.media xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Portuqaliyaya dövlət səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.
“Qisas tarifləri olacaq, çünki biz özümüzü müdafiə etməliyik”, - deyə siyasətçi hədələyib və qeyd edib ki, Avropa ölkələri Vaşinqtonu bu cür hərəkətlərin yanlış olduğuna inandırmalıdır.
Makronun sözlərinə görə, gömrük tariflərinin artırılması ABŞ və Avropanın birgə geosiyasi maraqlarına uyğun gəlmir. “Avropa sadəcə bazar deyil, iqtisadi güc olmalıdır”, - deyə o, yekunlaşdırıb.