Ukrayna ABŞ-la nadir torpaq metalları haqqında müqavilə imzaladıqdan sonra o, Amerikanın 51-ci dövləti olacaq.
1xeber.media xəbər verir ki, bu fikri fevralın 28-də İtaliyanın “İl Fatto Quotidiano” qəzeti irəli sürüb.
Nəşrin məlumatına görə, saziş imzalandıqdan sonra Ukrayna bir neçə hissəyə bölünəcək, bəzi ərazilər Rusiyada qalacaq, “yeni Ukrayna” isə birbaşa Vaşinqtonun nəzarətində olacaq.
“Bu “yeni Ukrayna” bir növ Amerikanın 51-ci dövlətinə çevriləcək. Bu isə özlüyündə Moskvanın təhlükəsizliyinin təminatına çevriləcək, çünki heç kim ABŞ və Rusiya arasında birbaşa qarşıdurmaya getməyəcək”, – qəzet yazır.