Türk dünyasının sevilən şairəsi, Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, Özbəkistan Beynəlxalq Ədəbiyyat, Sənət və İctimai Fənlər Akademiyasının fəxri akademiki, "Əlişir Nəvai" adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, "Humay" milli mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, sahibkar, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman Muradovanın "Vətən eşqi - Turan sevgisi" kitabının Özbəkistanda təqdimat mərasimi keçirilib.
1xeber.media xəbər verir ki yüksək səviyyəli tədbir fevralın 27-də Özbəkistan Dövlət Milli Kitabxanasında baş tutub.Təqdimatda Özbəkistan Yazıçılar Birliyinin üzvləri, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin nümayəndələri, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Akif Maarifli, Qeyrət Məcid, Özbəkistanın millət vəkili Jamila xanım Şermuxammedovay, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin professoru Nurbay Cabbarov, kitabın tərcüməçisi Özbəkistanın tanınmış şairi Kərim Bəhriyev, "Özbəkistan tarixi" dövlət televizisiyasının rəhbəri Şuhrat Hayitov, Özbəkistan Dövlət Universitetinin Füzuli mərkəzinin direktoru Gülbahar xanım Aşurova və digər tanınmış ziyalılar iştirak edib.