ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə deyib ki, o, “milyonlarla insanın həyatı ilə oynayır” və Vaşinqtona hörmətsizlik edir.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Zelenski ilə görüşündə danışıb.
“Sən milyonlarla insanın həyatı ilə oynayırsan. Siz III Dünya Müharibəsi ilə oynayırsınız... Sizin etdikləriniz ölkəyə, bu ölkəyə çox hörmətsizlikdir”, - deyə Tramp şikayətlənib.
Bundan əvvəl Donald Trampın Vaşinqtonda danışıqlar zamanı Vladimir Zelenskiyə qışqırdığı məlum olub. Ağ Ev rəhbəri ABŞ-ın Ukraynaya 350 milyard dollar verdiyini də bəyan edib. Tramp qeyd edib ki, Vaşinqton Ukraynaya kömək etmək və müharibəni dayandırmaq istəyir.
Öz növbəsində iş adamı Kollin Ruq Ukrayna prezidentinin amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşdə çıxışını ələ salıb.