1xeber.media xəbər verir ki, bu gün ABŞ da Ukrayna və Amerika prezidentleri arasında keçirilən görüşdə gərginlik yaşanıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə az öncə başlayan görüşün ictimaiyyətə açıq hissəsi kifayət qədər gərgin olub və mübahisələr yaşanıb.
Trump: Sən milyonlarla insanın həyatı ilə qumar oynayırsan. Siz III Dünya Müharibəsi ilə qumar oynayırsınız. Əlində kart da yoxdur.
Zelenski: Mən burada kart oynamıram.
ABŞ-nin Vitse-prezidenti Vens: Ukraynada müharibə səbəbindən kişi qalmayıb
Zelenski: Ukraynaya gəlib kişi görə bilərsiniz.