Amerikalı sahibkar və milyarder İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evdə danışıqlar zamanı davranışına kəskin reaksiya verib.
1xeber.media xəbər verir ki, onun şərhi X sosial şəbəkəsində dərc olunub.
"Zelenski Amerika xalqının gözündə özünü məhv etdi" dedi iş adamı.
Danışıqlar zamanı Zelenski ABŞ prezidenti Donald Trampın sözünü kəsərək, ona Ukraynadakı atəşkəslə bağlı fikirlərini bildirməyə imkan verməyib. O, ABŞ-ın vitse-prezidenti J.D.Venslə də mübahisə edib.