Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə Trampla Zelenski arasında gərginliyə münasibət bildirib.
Bu barədə o, Portuqaliyada jurnalistlərə açıqlama verib.
O qeyd edib ki, Rusiya təcavüzkardır, Ukrayna isə təcavüzə məruz qalan tərəfdir..
"Düşünürəm ki, biz 3 il əvvəl Ukraynaya kömək etmək və Rusiyaya sanksiya tətbiq etməkdə haqlı idik və bunu davam etdirməkdəyik. Biz... əvvəldən mübarizə aparanlara hörmət etməliyik", - Makron deyib.
Qeyd edək ki, Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında gərginlik yaşanıb. Zelenski görüşü başa çatmadan Ağ Evi tərk edib.