Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampa ABŞ-ın “hələ də problemlərlə üzləşəcəyi” sözləri Kiyevin terror əməllərinə işarə edir.
1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"ABŞ prezidenti və vitse-prezidenti onu yerinə oturtdular, amma məsələ başqadır. Söhbət Kiyev rejiminin ABŞ-a açıq təhdidindən gedir. Dünya azlığı isə bunu eşitmirdi və eşitmək istəmirdi ki, bu rejim artıq terrorçu rejimə çevrilib", - Zaxarova bildirib.
Qeyd edək ki, Ağ Evdə Donald Tramp və Vladimir Zelenski arasında ötən gün baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin imzalanması ləğv edilib.