Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbəti zamanı reytinqlərini artırmaq üçün şou göstərib.
1xeber.media xəbər verir ki, bu barədə konqresmen Viktoriya Sparts X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Zelenski sırf avropalıları razı salmaq və Ukraynada onun aşağı reytinqini artırmaq üçün Amerika prezidentini və Amerika xalqını təhqir etməklə Ukrayna xalqına böyük pislik edir” deyə yazıb və bunun “teatr tamaşası deyil, əsl müharibə” olduğunu vurğulayıb.
Daha əvvəl Trampla mübahisədən sonra Zelenski ukraynalılar naminə göstərdiyi dəstəyə və səylərə görə cəmiyyətə təşəkkür edib.