Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılar naminə göstərdiyi dəstəyə və səylərə görə cəmiyyətə təşəkkür edib.
1xeber.media xəbər verir ki, o, bu barədə Amerika lideri Donald Trampla qalmaqallı danışıqlardan sonra Telegram-kanalında məlumat verib.
Zelenski yazıb: “Bu çətin zamanda dəstəyinizə, Ukrayna və ukraynalılar üçün göstərdiyiniz bütün səylərə və təkcə diplomatik və maliyyə deyil, həm də siyasi və dua xarakterli köməyinizə görə sizə təşəkkür edirəm”. O, həmçinin qeyd edib ki, Ukraynanın istər indi, istərsə də münaqişə həll olunduqdan sonra unudulmaması vacibdir. Ukrayna liderinin sözlərinə görə, onun xalqının dünyanın hər yerində öz maraqlarının təmsil olunmasına ehtiyacı var.
Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gəlib. Siyasətçilər arasında ünsiyyət gərgin olub. Tramp Zelenskiyə çoxsaylı şikayətlər edib, ABŞ-ın vitse-prezidenti J.D.Vens isə hörmətsizlik və nankorluqdan danışıb. Liderlər arasında mübahisədən sonra imzalanma mərasimi pozulub və Zelenski Ağ Evi tərk edib.