Avropa ölkələri hərbi cəhətdən son dərəcə zəif və ABŞ-dan asılıdır.
1xeber.media xəbər verir ki, bu barədə martın 1-də “Newsweek” jurnalı məlumat yayıb.
“Soyuq Müharibədən sonrakı onilliklər ərzində müdafiə xərclərinin məhdudlaşdırılması Avropa ölkələrinə yüksək qiymətli sosial təminat sistemlərini saxlamağa imkan verdi, eyni zamanda onları müdafiə imkanlarında və ABŞ-dan dərin asılılıqda böyük boşluqlar buraxdı”, - nəşr yazır.
Onlar qeyd ediblər ki, Avropa rəsmiləri bu faktı inkar etmir və hətta “qitənin acınacaqlı dərəcədə zəif olduğunu” etiraf edirlər.
Nəşrin yazdığına görə, Avropa liderlərinin hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmaq kimi siyasi təsirə nail olmaq cəhdləri uğursuz alınıb.
"Hərbi büdcənin artırılması üçün inandırıcı bir iddia irəli sürmək çətindir, o halda ki, bu, səhiyyə kimi sektorlarda xərclərin azaldılması və ya ölkələr daxilində vergilərin daha da artırılması deməkdir".
Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun baş əməkdaşı Ed Arnold nəşrə bildirib ki, Avropa ABŞ-ın dəstəyi olmadan "çox həssas" olardı.