ABŞ ordusu “Əl-Qaidə” beynəlxalq terror qruplaşması (Rusiyada qadağan olunmuş terror təşkilatı) ilə əlaqəli olan Hürrəsəddin islamçı qruplaşmasının yüksək rütbəli zabitinin məhv edildiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, hədəfin vurulduğunu əks etdirən videonu idarənin mətbuat xidməti X sosial şəbəkəsində yayıb.
“Fevralın 23-də ABŞ Mərkəzi Komandanlığı qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava zərbəsi endirib və Məhəmməd Yusuf Zia Talai öldürülüb”, - nəşr yazır.
Pilotsuz təyyarə ilə çəkildiyi iddia edilən görüntülərdə yol boyu hərəkət edən avtomobilin toqquşması, bundan sonra avtomobilin içərisində yanğının başladığı görünür.