NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdəki son mübahisədən sonra ABŞ prezidenti Donald Trampla münasibətləri bərpa etməyin yolunu tapmağa çağırıb.
1xeber.media xəbər verir ki, Rutte bunu martın 1-də BBC-yə müsahibəsində bildirib.
"Prezident Zelenskinin Amerika prezidenti və Amerikanın yüksək rəhbərliyi ilə münasibətləri bərpa etmək üçün bir yol tapması vacibdir", - Rutte Zelenski ilə son telefon danışığını şərh edərkən deyib.
Eyni zamanda BMT-nin baş katibi Zelenski ilə Trampın Ağ Evdəki görüşünü uğursuz adlandırıb.