Moskva vilayətində bütöv bir ada milyard rubla satışa çıxarılıb.
1xeber.media xəbər verir ki, bu barədə Telegram kanalı Filatoff Inc məlumat yayıb.
Söhbət hər tərəfdən su ilə əhatə olunmuş 66,8 hektar sahədən gedir. Moskvadan 40 kilometr aralıda, Ramenski rayonunda, Sofyino və Timonino kəndləri arasında yerləşir.
Belə yüksək qiymət əmlakın investisiya perspektivləri ilə bağlıdır. Sahib orada 50 ev, mayak və öz yaxta klubu olan elit kottec kəndi tikməyi təklif edir. Torpaq sahibinin hesablamalarına görə, layihədən xalis mənfəət 12,5 milyard rublu keçəcək.