Neft Emalı Zavodunun ərazisindəki yanğınla bağlı əraziyə 3 təcili tibbi yardım gedib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.03.2025-ci il tarixində saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.