Böyük Britaniya sahillərində yanacaq sızmasından sonra Şimal dənizində "Solong" konteyner gəmisi ilə toqquşan "Stena Immaculate" tankerinin göyərtəsində silsilə partlayışlar baş verib.
1xeber.media xəbər verir ki, bu barədə martın 10-da gəmi sahibi Crowley Corporation məlumat verib.
Şirkətdən bildiriblər ki, insident səhər saat 10 radələrində tanker lövbərdə olarkən baş verib.
“Toqquşma nəticəsində Stena Immaculate-də içərisində Jet 1A yanacağı olan yük çəni partlayıb. Yanğın baş verib və yanacağın sızdığı bildirilir. Ekipaj gəmidə silsilə partlayışlardan sonra gəmini tərk edib”, - korporasiyanın Facebook sosial şəbəkəsində bəyanatında deyilir.
Stena Immaculate-dən olan bütün dənizçilərin təhlükəsiz olduğu dəqiqləşdirilir. Hazırda şirkət yanğını söndürmək və tankeri xilas etmək üçün ictimai xidmətlərlə işləyir.