1xeber.media xəbər verir ki, Danimarka və Almaniya səfirləri martın 13-də Rusiya Xarici İşlər Nazirliyinə gəliblər.
Lakin onların səfərinin səbəbləri hələlik məlum deyil.
Bu arada nazirliyin mətbuat katibi səfirlərin səfərinə münasibət bildirib.
O, diplomatların çağırılma səbəblərinin açıqlanıb-açılmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Heç kim onların çağırıldığı barədə məlumat verməyib.
Martın 5-də Rusiya Xarici İşlər Nazirliyi Moldova səfiri Lilian Dariyə şifahi notanın çatdırılması barədə məlumat verib və respublika prezidenti Maia Sandunun Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerovun etimadnaməsini niyə hələ də qəbul etməməsi ilə bağlı izahat tələb edib.