1xeber.media xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) martın 13-də Suriyanın paytaxtı Dəməşqə zərbələr endirdiyini təsdiqləyib. Zərbənin hədəfi Fələstinin silahlı islamçı İslami Cihad təşkilatının komanda mərkəzi olub.
"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Fələstinin İslami Cihad terror təşkilatının Dəməşqdəki komandanlıq mərkəzinə kəşfiyyat zərbəsi endirib", - Telegram kanalında yayılan bəyanatda deyilir.
ID-nin məlumatına görə, komandanlıq mərkəzindən təşkilatın İsrail dövlətinə qarşı terror fəaliyyətinin planlaşdırılması və istiqamətləndirilməsi üçün istifadə edilib.