Kiyev ABŞ Prezidenti Donald Trampın Odessa limanının Rusiyanın nəzarətinə keçməsinə razılıq verə biləcəyindən ehtiyat edir.
1xeber.media xəbər verir ki, bu barədə “Nyu York Tayms” Ukrayna Prezidenti Vladimir Zelenskinin köməkçilərindən birinə istinadla məlumat yayıb.
“Onlar narahatdırlar ki, Tramp Rusiyanın Ukraynanın digər hissələrinə, o cümlədən Odessa limanına nəzarəti ələ keçirməsinə razılıq verə bilər”, - məlumatda qeyd olunub.