Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında gələcək razılaşmanın baş tutmaması üçün hər şeyi etməyə çalışacaq.
1xeber.media xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirib.
Qeyd edək ki, bir müddət əvvəl “Bild” qəzeti Putinlə Tramp arasında gözlənilən telefon danışığı ilə bağlı Avropada təşviş olduğunu yazıb. Qeyd olunur ki, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa iki liderin söhbətindən sonra ABŞ-ın Amerika qoşunlarını regiondan çıxaracağından ehtiyat edir.