ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı öncəsi Ukraynada sülhün əldə olunmasına “ciddi” yanaşır.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Harrison Filds NewsNation-da bildirib.
"Tramp ciddidir və o, həqiqətən də Ukraynada sülhə nail olmaq istəyir ki, bunu çox güman ki, çox qısa müddətdə edə bilər", - Ağ Evin sözçüsü qeyd edib.
Fildsin sözlərinə görə, Rusiya lideri amerikalı həmkarına “kiminlə məşğul olduğunu anladığına görə” hörmət edir. O, həmçinin qeyd edib ki, Trampın ilk dövründə dövlət başçıları arasında “çox yaxşı iş əlaqələri” olub.